“Zirə”nin kapitanı Qismət Alıyev Almaniyada təşkil olunan Avro-2024 haqda fikirlərini bölüşdü.
“FutbolPress“ə danışan müdafiəçi Portuqaliyanı favorit gördüyünü dedi:
“Fikrimcə, heyətlərinə baxanda Fransa, Almaniya və İspaniya öndə görünür. Ancaq mənim favoritim Portuqaliyadır. Ronaldonun böyük ehtimalla son Avropa çempionatıdır. Düşünürəm ki, komanda yoldaşları bütün güclərini qoyacaqlar ki, çempion olsunlar”.
Portuqaliya yığması Avro-2024-ün F qrupunda Türkiyə, Gürcüstan və Çexiya ilə mübarizə aparacaq.