Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2024-ün qrup mərhələsinin ilk oyununda İspaniyaya məğlubiyyəti şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla uduzmalarını şərh edib:
“İspaniyanı təbrik edirəm. Ağır və layiqli məğlubiyyət aldıq. Enerjimimz tükənmiş idi. İlk 15 dəqiqə yaxşı oynadıq, sonra dayandıq. Həqiqətən, pis oynadıq. Harda səhv etdiyimizə baxacağıq”.