“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, “atlılar” hücumçu Musa Qurbanlını heyətinə cəlb edib. Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə “atlılar”ın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan “Qarabağ”ın uğurları üçün çalışan Musa 2023-cü ilin yayında bu komandadan İsveç klubuna transfer edilib.
Qeyd edək ki, “Qarabağ”ın yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.