Premyer Liqa klubunda yeni futbolçu

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Betis”dən Çadi Riadı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Riad ötən mövsüm La Liqada 26 oyunda meydana çıxıb.