“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Əhli” nigeriyalı forvardı transfer etmək istəyir. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Osimhenlə “Mançester Yunayted”, “Arsenal”, “Çelsi” və PSJ də maraqlanır. Lakin Səudiyyə Ərəbistanı klubu transferdə bir addım öndədir. Klubun maliyyə imkanları oyunçunu heyətə qatmağa kifayət edir.
25 yaşlı hücumçunun sərbəstqalma məbləği 120 milyon avrodur. Ciddə təmsilçisi bu məbləği ödəməyə razıdır.