Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Jirona”dan Aleyş Qarsiya ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Bayer” Qarsiya üçün La Liqa klubuna 18 milyon avro ödəyəcək.
Yarımmüdafiəçi ötən mövsüm 40 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.