“Şamaxı” Ayxan Abbasovla müqavilənin müddətini açıqladı

“Şamaxı”nın yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Ayxan Abbasovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ayxan Abbasov daha əvvəl “Zirə”, “Sumqayıt” və son olaraq da “Turan Tovuz”u çalışdırıb.