Santuşun müqavilə detalları bilindi

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun müqavilə detalları məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə mütəxəssisin təqdimat mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

Santuşun maaşını açıqlamayan funksioner onunla 3+1 şərti ilə müqavilə imzalandığını bildirib.