“İnter Mayami”nin hücumçusu Lionel Messi müsahibə verib.
Futbolpress.az xəbər verir ki, ESPN-ə danışan argentinalı futbolçu PSJ-dəki karyerasına toxunub:
“PSJ-yə və azarkeşlərə qarşı pis düşüncəm yoxdur. Amma təəssüf ki, istədiyim kimi olmadı. Çətin anlar yaşadım. Bəzən müxtəlif uğurlar olsa da, ümumilikdə alınmadı. Ailəm üçün də çətinlik var idi. Digər tərəfdən Paris başıma gələn ən yaxşı hadisədir. Çünki orda olduğum müddətdə dünya çempionu oldum.
Parisdəki başqa çətinlik? Qonşular çox sərt idi. Bəzən axşamlar çox gec olmasa da, qapımızı döyür, səs-küy yaratmamağımızı deyirdilər”.
36 yaşlı futbolçu 2021-2023-cü illərdə PSJ-nin formasını geyinib. O, Paris klubunda 75 oyunda 32 qol vurub, 35 məhsuldar ötürmə edib.