“Milan”ın və İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzonun yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Xorvatiyanın “Hayduk” klubunu çalışdıracaq.
Onunla 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
46 yaşlı italyan “Milan”, “Napoli”, “Valensiya” və “Marsel” kimi klublarda işləyib.