Bir müddət əvvəl “Qarabağ”dan ayrılan rusiyalı qapıçı Andrey Lunyov Avropa çempionatındakı favoritlərini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, qolkiper İngiltərə və Fransanı çempionluğa əsas namizəd hesab edir:
“Avropa çempionatına baxıb zövq almağa çalışacağam. Düşünürəm ki, çempionluğa əsas namizəd İngiltərə və Fransadır. Bundan başqa Gürcüstan millisinin də çıxışını izləmək maraqlı olacaq. İlk dəfədir belə yarışda çıxış edirlər”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.