“Turan Tovuz” Kurban Berdıyevlə nə zaman müqavilə imzalayacaq?

“Turan Tovuz”un türkmənistanlı baş məşqçi Kurban Berdıyevlə müqavilə imzalayacağı tarix məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Əli Balakişiyev “RİA Novosti”yə açıqlamasında məlumat verib.

Klub rəsmisi bildirib ki, 71 yaşlı mütəxəssis iyunun 18-də Bakıya gələcək və həmin gün müqavilə imzalanacaq.

Bir müddət əvvəl bölgə təmsilçisi Ayxan Abbasovla yollarını ayırıb.