Mbappenin “Real”da təqdimat tarixi məlum oldu

“Real”ın yeni transferi Kilian Mbappenin “Santyaqo Bernabeu”da təqdimat mərasimi olacaq.

Futbolpress.az xəbər verir ki, təqdimat iyulun 16-da baş tutacaq.

Qeyd olunub ki, hücumçu Fransa millisinin heyətində Avropa çempionatında çıxış edəcəyinə görə, “kral  klubu” tədbiri sözügedən zamana qədər təxirə salıb.

Mbappe “Real”a PSJ-dən azad agent kimi keçib. O, Madrid klubu ilə 5 illik müqavilə imzalayıb.