Türkiyənin “Samsunspor” klubunda baş məşqçi postuna Romas Reis təyin edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanıb.
Alman məşqçi daha əvvəl “Bohum” və “Şalke”də işləyib.