“Həmişə yerli məşqçi tərəfdarı olmuşam” – Yunis Hüseynov

Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb. Yığmanın sükanı portuqaliyalı mütəxəssis Fernandu Santuşa tapşırılıb.

Veteran futbolçu Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında təyinatla bağlı fikirlərini bölüşdü…

– Yunis müəllim, millinin yeni baş məşqçisi bilindi…
– Doğrudan? Kim?

– Fernandu Santuş…
– O hansıdır?

– Portuqaliyanı Avro-2016-da çempion edən…
– A, həqiqi? Yaşlı olan?

– Bəli, təyinat haqda nə düşünürsünüz?
– Nə deyim, uğurlar arzu edirəm. Kifayət qədər təcrübəsi olan biridir.

– Millidən yaxşı nəticələr gözləmək olar?
– İndiki məqamda nə deyə bilərik ki? Mən həmişə yerli məşqçi tərəfdarı olmuşam. İndi qərar belə olub. Bilirsiz, Santuş da eyni oyunçuları heyətə dəvət edəcək. Bir məqam qalır, iş prinsipi. Hansı taktika ilə oynayacaq, tapşırıqları nə olacaq? Çox şey demək olmur, görək, necə olacaq. Ona uğurlar.

Şahin Cəfərov