“Qarabağ”dan ayrılan Andrey Lunyov karyerasını Rusiyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı qolkiper “Dinamo” ilə razılaşıb. Bu barədə jurnalist İvan Karpov məlumat yayıb. Lunyov Moskva təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq.
Qolkiper yeni klubunda 1,2 milyon avroya yaxın maaş alacaq.
Lunyov ötən mövsüm “Qarabağ”la 34 oyunda 43 qol buraxıb. Qolkiper 10 matçda isə qapısını toxunulmaz saxlayıb. “Qarabağ” rus qapıçının müddəti bitən müqaviləsini uzatmayıb.