Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.
Futbolpress.az xəbər verir ki, Milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək. Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq.
U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
1 Məhdi Həsənov – Neftçi
2 Rauf Əyyubov – Sabah
3 Həzrət Səmədov – Sabah
4 Fərid Cabbarlı – Zirə
5 Əlibəy Mahmudov – Sabah
6 Tuncay Əhmədov – Marset (İspaniya)
7 Nadir Nəsibli – Marset (İspaniya)
8 Səttar Tahirzadə – Marset (İspaniya)
9 Muhammad Çodarov – Marset (İspaniya)
10 Murad Qurbanov – Zirə
11 Sinan Mehdizadə – Marset (İspaniya)
12 Nihad İsaqov – Kəpəz
13 Əli Qazibəyov – Qarabağ
14 Emil Həsənov – Sumqayıt
15 Abdulaziz Cabbarlı – Qarabağ
16 İbrahim Babayev – Servette (İsveçrə)
17 İslam Həsənov – Srvena Zvezda (Serbiya)
18 İbrahim Xəlilov – Sabah
19 Ümid Səlimov – Sabah
20 Əli İbrahim – Qarabağ