Millinin qapıçısı ərəblərlə müqavilə imzaladı

Belçika millisinin qapıçısı Kun Kastels karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı qolkiper “Əl Kadisiya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Kun son olaraq “Volfsburq”da çıxış edib. O, ərəb klubuna azad agent kimi keçib.