“İnter”lə müqaviləsi başa çatan Aleksis Sançes karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Trabzonspor” 35 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Türkiyə klubu artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. Çilili futbolçu yaxın zamanda qərarını verəcək.
Sançeslə İtaliyadan “Udineze”, “Parma” və ABŞ-dən “İnter Mayami” maraqlanır.
Hücumçu ötən mövsümdə 33 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.