Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq.
Hücumçunun meneceri Tural Əsgərov “FutbolPress“ə açıqlamasında müştərisinin İsveç klubunda qalmayacağını dedi:
“Musanın taleyi hələ məlum deyil. Dəqiq olan odur ki, “Yurqorden”də qalmayacaq. Düzdür, “Qarabağ” məsələsi müzakirə olunur, ancaq inanın, bu da hələ bəlli deyil. Ola da bilər, olmaya da. Buna görə bir az səbirli olmaq lazımdır. Nəsə dəqiq bir şey demək çətindir”.
Musa 2023-cü ilin yayından “Yurqorden”də çıxış edir. O, bu mövsüm son altı oyunda meydana çıxmayıb. İki oyunda ehtiyatda qalan hücumçu dörd matçda da iştirak ərizəsinə daxil edilməyib.
Şahin Cəfərov