“Fənərbağça”da prezident seçkiləri başa çatıb.
Futbolpress.az xəbər verir ki, səsvermə nəticəsində Ali Koç yenidən klubun rəhbəri olub. O, seçkilərdə İstanbul təmsilçisinin keçmiş prezidenti Aziz Yıldırımı üstələyib.
Ali Koç üçüncü dəfə klubun prezidenti olub. O, 2018-ci ildən bu postu tutur.