Gürcüstan millisinin Avro-2024 üçün yekun heyəti açıqlanıb.
Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili də siyahıda yer alıb. “Neftçi”nin sabiq futbolçusu, hazırda “Əl Uxdud”da çıxış edən Solomon Kverkveliya da yekun heyətdədir:
Qapıçılar: Giorgi Mamardaşvili (“Valensiya”), Giorgi Loria (“Dinamo Tbilisi”), Luka Quqeşaşvili (“Qarabağ”)
Müdafiəçilər: Solomon Kverkvelia (“Əl Uxdud”), Giorgi Qvelesiani (“Persepolis”), Quram Kaşia (“Slovan”), Cemal Tabidze (“Panetolikos”), Laşa Dvali (APOEL), Luka Loçoşvili (“Kremoneze”), Otar Kakabadze (“Krakoviya”), Georgi Qoçoleyşvili (“Şaxtyor” Donetsk)
Yarımmüdafiəçilər: Nika Kvekveskiri (“Lex”), Giorgi Çakvetadze (“Uotford”), Anzor Mekvabişvili (“Universitetya”), Qabriel Siqua (“Bazel”), Otar Kiteişvili (“Şturm”), Giorgi Koçoraşvili (“Levante”), Levan Şenqeliya (“Panetolikos”), Sandro Altunaşvili (“Volfsberq”), Saba Lobjanidze (“Atlanta”), Giorgi Tsitaişvili (Dinamo, Batumi)
Hücumçular: Jorj Mikutadze (“Metz”), Budu Zivzivadze (“Karlsrue”), Xviça Kvaratsxeliya (“Napoli”), Zuriko Davitaşvili (“Bordo”), Giorgi Kvilitaya (APOEL)
Gürcüstan yığması F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə qarşılaşacaq. Turnirə iyunun 14-də start veriləcək. Gürcüstan millisi ilk oyunu iyunun 18-də Türkiyəyə qarşı keçirəcək.