“Bavariya”nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Bavariya”nın və Almaniya millisinin futbolçusu Yozua Kimmix karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Əhli” 29 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.

Klub nümayəndələri Avro-2024-dən əvvəl Kimmixin meneceri ilə görüş planlaşdırır.

Yozua bu mövsüm 43 oyunda 2 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi 2025-ci ilin yayına kimidir.