Super Liqa klubu Torala “elçi düşdü”

“Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi “Sivasspor” azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.

Yarımmüdafiəçi 2020-ci ildən “Qarabağ”da çıxış edir. Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Toral bu mövsüm 31 oyunda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.