Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində İngiltərə millisi “Uembli”də İslandiyaya məğlub olub – 0:1.
Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, bu, ingilislərin 56 il sonra böyük turnirlərdən öncə keçirdiyi sonuncu oyunda ilk məğlubiyyəti olub.
Belə ki, komanda sonuncu dəfə 1968-ci il Avropa çempionatından əvvəl Almaniya ilə (0:1) bacarmayıb.
İngiltərə C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.
Qitə yarışı iyunun 14-dən iyulun 14-dək Almaniyada baş tutacaq.