Lunyov: “Bəzi klublarla danışıqlar davam edir”

“Qarabağ”dan ayrılan Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “sport24.ru” saytına danışan qolkiper gələcəyi haqda bunları deyib:

“Hələ dəqiqləşən bir şey yoxdur. Bəzi klublarla danışıqlar davam edir. Təkcə Rusiyadan deyil, digər ölkələrdən də təkliflər var. Ailəmlə birlikdə qərar verəcəm”.

“Qarabağ” Lunyovla müddəti başa çatan müqaviləni uzatmayıb. Qolkiper bu ilin yanvarından iyununa qədər “atlılar”ın formasını geyinib. O, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub.