Barella “İnter”də qalacaq

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella ilə yeni müqavilə imzalayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, tərəflər yeni sözləşmənin bütün bəndlərində razılığa gəliblər və 27 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “İnter”in formasını geyinəcək.

Barella ilə hazırkı müqavilə 2026-cı ilin iyuluna qədərdir. O, geridə qalan mövsümdə 48 matçda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.