“Barselona”da hədəf dəyişdi

“Liverpul”un futbolçusu Luis Dias karyerasını “Barselona”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı vinger İspaniya klubunun transferdə əsas hədəfidir. Bu barədə “Sport.es” saytı məlumat yayıb.

Vinger mövqeyinə oyunçu axtaran “Barselona” daha əvvəl “Atletik”dən Niko Uilyamsla maraqlanırdı. Klub skautları Diasın daha üstün keyfiyyətlərə sahib olduğunu bildirib.

Luis ötən mövsüm “Liverpul”la 51 oyunda 13 qol vurub.