“Liverpul” və “Tottenhem”in oyunçuları Avro-2024-ü buraxacaq

İngiltərə millisi itkilərlə üzləşib.

Futbolpress.az xəbər verir ki, “Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison və “Liverpul”un müdafiəçisi Kurtis Cons yığmanın heyətindən çıxarılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu yığmanın Avro-2024 üçün yekun heyətində yer almayacaq.

Almaniyanı ev sahibliyi edəcəyi turnir iyunun 14-dən iyulun 14-nə kimi keçiriləcək.

İngiltərə millisi C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.