Türkiyəli keçmiş futbolçu Rumıniya klubunu çalışdıracaq

Türkiyəli keçmiş futbolçu Mehmet Topal Rumıniyanın “Petrolul” klubuna baş məşqçi təyin olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Topal futbolçu kimi “Qalatasaray”, “Valensiya”, “Fənərbağça” kimi klublarda top qovub.