“Qızıl top”un qalibi nə vaxt açıqlanacaq?

2024-cü ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatının keçirilmə vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mərasim oktyabrın 28-də Parisdəki Şatle teatrında olacaq.

Namizədlərin yekun siyahısı isə sentyabrın 4-də açıqlanacaq.

Müfakatın son sahibi Lionel Messi olub.