Albaniya millisinin baş məşqçisi: “Azərbaycan bizi çətin vəziyyətə sala bilər”

Azərbaycan sabah yoldaşlıq matçı çərçivəsində Albaniya ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, oyundan öncə rəqibin baş məşqşisi Silvinyo jurnalistlərin önünə çıxıb.

Mütəxəssis görüşlə bağlı fikirlərini səsləndirib:

“Avropa çempionatına hazırlaşmaq üçün cəmi 7 günümüz var. Bu matçda komandanın necə oynayacağını deyə bilmərəm. Biz Azərbaycanla oyunda xüsusən az oyun şansı olan futbolçularımıza şans verməliyik və oyunçuların yeni taktikaları sınamağına şərait yaratmalıyıq. Milli komanda üçün bu, çox dinamik, sürətli prosesdir. Azərbaycanla yoldaşlıq oyunundan sonra İtaliya ilə ilk matça yaxşı hazırlaşmaq, hər şeyi dəyərləndirmək və təhlil etmək üçün imkanımız olacaq. Müdafiədəki problemlər üzərində işləməliyik. Avropa çempionatına az vaxt qalmasına baxmayaraq, biz yalnız Azərbaycanla matçı düşünürük. Azərbacaycan millisi bizi çətin vəziyyətə sala bilər”.

Macarıstanda keçiriləcək Albaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.