Fransa klubunda yeni baş məşqçi

Fransanın “Nitsa” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Frank Esdir.

Mütəxəssis bu postda Françesko Fariolini əvəzləyib.

“Nitsa” bu mövsüm 55 xalla 5-ci olub.