“Fənərbağça” məşhur futbolçu ilə razılıq əldə etdi

“Çelsi”nin futbolçusu Rahin Sterlinq “Fənərbağça”ya keçəcək.

Futbolpress.az xəbər verir ki, “Milliyet” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

İngilis futbolçunun “Çelsi” ilə 2027-ci ilin yayına qədərdır. Hücumçu bu mövsüm 43 matçda 10 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.