“Barselona”nın hücumçusu Rafinya Kataloniya klubunda qalacaq.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçsi Hans-Diter Flik hücumçunu komandada qalmağa razı salıb.
Daha əvvəl Səudiyyə Ərəbistanı klubları Rafinyanı transfer etmək istəyirdi.
Rafinya ötən mövsüm 33 matçda 10 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.