“Səbail” onunla “davam” dedi

“Səbail” qapıçı Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı qapıçı növbəti iki mövsüm “dənizçilər”in uğurları üçün çalışacaq. Futbolçu “Səbail”in heyətində ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Hüseynəli 2022-ci ilin fevral ayından Bayıl təmsilçisinin formasını geynir.