“Zirə”nin yay hazırlıq planı bəlli olub.
Futbolpress.az xəbər verir ki, 14 iyun – 4 iyul tarixlərində Türkiyənin Bolu şəhərində baş tutacaq toplanışda “qartallar” üç yoxlama oyunu keçirəcək.
Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub.
“Zirə” Premyer Liqada mövsümü ikinci sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb.