COP29 sədrliyi FAO ilə danışıqlar aparıb

COP29 sədrliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə danışıqlar aparıb.

Futbolpress.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsində məlumat qeyd olunub:

“BMT-nin himayəsi altında keçirilən Bonn İqlim Konfransı çərçivəsində COP29-un sədrliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birgə sessiya keçirib. Burada Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində fermerlər və kənd icmaları arasında əməkdaşlıq mövzusu müzakirə edilib”.

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.