Milliləşdirilmiş “Qarabağ”lı Riçard Almeydanın bu il vətəni Braziliyaya köçəcəyi haqda xəbər vermişdik. Hətta azərbaycanlı “sambaçının” ailəsi köç üçün son hazırlıq işlərini də görmüşdü.
Lakin “atlılar” ən təcrübəli top qovanı ilə “davam” qərarı verdi.
“FutbolPress”in əldə etdiyi məlumata görə, “Qarabağ”ın Riçi ilə bağlı başqa planları da var. Bu haqda xəbər verən mənbə bildirir ki, klub onunla gələcəkdə məşqçi kimi də əməkdaşlıq etməkdə maraqlıdır.