Daha bir il “Qarabağ”la

“Qarabağ” 2024/25 mövsümündə də “Adidas” şirkətinin forma və geyim dəstlərindən istifadə edəcək.

FutbolPress“in əldə etdiyi məlumata görə, tərəflər arasında müddəti başa çatan müqavilə uzadılıb.

Klub şirkətlə əməkdaşlığı davam etdirəcək və gələn mövsümün sonuna kimi “Adidas”dan istifadə edəcək.

“Qarabağ” ötən yaydan yenidən sözügedən şirkətlə əməkdaşlığa başlayıb. “Atlılar” daha əvvəl – 2022/23 mövsümündə “İl Azero”nun forma və geyim dəstlərindən istifadə etmişdi.

“FutbolPress”