“Turan Tovuz” 2 futbolçusu ilə yeni müqavilə imzaladı

“Turan Tovuz” 2 futbolçusu Aleks Souza və Şəhriyar Əliyevlə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Şəhriyar Əliyevlə 1+1 illik, Aleks Souzayla isə 2 illik yeni razılıq əldə edilib.