“Milan” hədəfindən vaz keçdi

“Milan” “Tottenhem”in futbolçusu Emerson Royalı transfer etməkdən vaz keçib.

Futbolpress.az xəbər verir ki, buna səbəb qarşı tərəfin yüksək məbləğ tələb etməsidir.

Belə ki, Prmeyer Liqa klubu Emersona görə “Milan”dan 25 milyon avro tələb edir. A Seriyası təmsilçisi isə bu məbləğin olduqca yüksək olduğunu düşünür.

Emerson 2021-ci ildə “Barselona”dan “Tottenhem”ə keçir. O, bu mövsüm 24 oyunda 1 qol vurub.