Leandro mövsümün yekunu haqda nə yazdı?

“Qarabağ”ın futbolçusu Leandro Andrade instaqram hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2023/24 mövsümünün yekunu haqda bunları yazıb:

“Liqa çempionu, kubok qalibi və Avropada gözəl macəra!”

Andrade bu mövsüm “Qarabağ”la 58 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə edib.