Premyer Liqa klubu “Qəbələ”nin legionerinə “elçi düşdü”

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” “Qəbələ”dən daha bir futbolçuya “elçi düşüb”.

FutbolPress“in əldə etdiyi məlumata görə, Elmar Baxşıyev sabiq oyunçusu Zurab Oçiqavanı komandasında görmək istəyir. Mütəxəssis ukraynalı müdafiəçinin transferini istəyir.

Zurab müdafiədə həm solda, həm də mərkəzdə oynamağı bacarır. Baxşıyev oyunçunu arxa xəttdə seçim imkanlarını artırmaq məqsədilə heyətə cəlb edilməsini arzulayır.

Oçiqava 2021-2023-cü illərdə “Sabah”da çıxış edib. O, ötən ilin yayında “futuristlər”dən “Qəbələ”yə keçmişdi.