“Çelsi”nin baş məşqçisi açıqlandı – rəsmi

“Çelsi” baş məşqçi postuna Enso Mareskanı gətirib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə 5 illik müqavilə imzalanıb. Mareska işinə iyulun 1-dən başlayacaq.

Mütəxəssis son olaraq “Lester”i çalışdırıb.