“Mövsümün uğurlu nəticələnməsinə sevinirik” – Juninyo

Azərbaycan Kubokunun finalının “Qarabağ” – “Zirə” oyunundan (2:1) sonra “atlılar”ın hücumçusu Olaviyo Juninyo jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə qalib olmalarını şərh etdi:

– Mövsümün əvvəlində qoyduğumuz hədəfə çatdıq. Zəhmətimizin nəticəsini gördük. Bunun da nəticəsidir ki, həm kubokda, həm də ölkə çempiomatında qalib olduq. Qarşıda təxminən 1 ay müddət var. İstirahətdən sonra daha məsuliyyətli yarışa – avrokuboklara hazırlaşacağıq.

– Adınız xarici klublarla hallanır…
– “Qarabağ”la iki illik müqaviləm var. Gələcəyim barədə Allah bilir. İndi istirahət haqda düşnürəm.

– Son oyunlarda sanki əvvəlki formanızdan uzaq idiniz. Bunu nə ilə əlaqələndirmək olar?
– Erkən çempion olduqdan sonra hər oyuna eyni motivasiya ilə çıxmaq asan deyil. Oyunlara köklənmək çətin olurdu. Buna baxmayaraq, Qurban Qurbanov hər zaman çalışırdı ki, bizi oyuna kökləsin. İstənilən halda, mövsümün uğurlu nəticələnməsinə sevinirik.

Məlik Məlikov