Azərbaycan millisi Belçikanı məğlub etdi

Minifutbol üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa çempionatında ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Belçika ilə qarşılaşıb.

Matç milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Vüsal İsayev dub edib, Samir Həmzəyev isə komandamızın üçüncü qolunu vurub.

Yığma ikinci turda İtaliya ilə qarşılaşacaq. Matç sabah keçiriləcək.