Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Futbolpress.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionumuz olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
Nəticədə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.