Avropa çempionatı: Azərbaycan üçün ilk sınaq

Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa çempionatında ilk oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, ilk oyunda millinin rəqibi Belçika olacaq.

Qarşılaşma 13:00-da start götürəcək. Yığmamız F qrupunda Belçika, Fransa və İtaliya ilə mübarizə aparacaq.

Komanda ikinci qarşılaşmasını iyunun 3-də İtaliyaya qarşı keçirəcək. Qrupun son turunda isə komandamız Fransanı sınağa keçəcək.