“İnter” yarımmüdafiəçi Nikolo Barella ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Futbolpress.az xəbər verir ki, yeni sözləşmə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq.
Yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Barella bu mövsüm 48 matçda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.